ADSL internet hələ ki, tələbələrin cibinə görə deyil

Bu sorğu nəticə müəyyən olundu. Telebe.az saytının bu dəfə keçirdiyi sorğu tələbələrin ağrılı yeri olan İnternet qiymətləri ilə bağlı oldu.

Telebe.az saytının bu dəfə  keçirdiyi sorğu tələbələrin ağrılı yeri olan İnternet qiymətləri ilə bağlı oldu. Təəssüf ki, dünyanın bir çox ölkələrində Dial up anlayışının çoxdan leksikondan çıxdığı halda bizim tələbələrin əksəriyyəti “kartlarla” İnternetə girir. Keçirdiyimiz sorğuda 259 nəfər iştirak edib. Onların 181 nəfəri ADSL qiymətlərin hələ də baha olduğunu deyir. 43 nəfər hələ də Dial up-dan istifadə edir. 20 nəfər qiymətdən razıdır. Kompüteri olmayanlar da təəssüf ki, var. Onların sayı isə 15 nəfərdir. Xatırladaq ki, sonuncu dəfə Azərbaycanda ADSL qiymətləri 2009-cu ilin sonlarında yanvar ayında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” və “Bakı Telefon Rabitəsi” İstehsalat Birlikləri tərəfindən internet provayderlərin ADSL xəttinə qoşulma haqqı 10 manatdan 5 manata, aylıq istifadə haqqı isə 4 manatdan 2 manata endirilmişdi. Ümumilikdə ölkədə aylıq 1 meqabit internetin qiyməti 20- 30 manat arası dəyişir.

 

11.02.2010
Telebe.az

                     75 AZN qazanmaq istəyirsən?

Loading...