Azərbaycanda 2013-cü il üçün yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb

Azərbaycanda 2013-cü il üçün müəyyənləşdirilən yaşayış minimumu məlum olub.

Azərbaycanda 2013-cü il üçün müəyyənləşdirilən yaşayış minimumu məlum olub.

APA-nın xəbərinə görə, “Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsində bu məbləğ 116 manat göstərilib. “Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində isə ehtiyac meyarı 93 manat məbləğində müəyyənləşib.

Hər iki layihə Milli Məclisin Sosial siyasət komitəsinin iclasında müzakirə edilib və təsdiqlənib. Layihələr parlamentin plenar iclasına tövsiyə olunub.

İclasda həmçinin Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il üçün büdcəsi də parlamentin plenar iclasına tövsiyə edilib.

Azərbaycanda işləyən həmkarlarınızın orta maaşının sizin əməkhaqqınızdan nə qədər fərqləndiyni bilmək istəyirsinizmi?  İş və əməkhaqqı barədə anketi doldurun və ekrana kalkulyator gəldiyi halda müqaisə edin.

Apa.az

Loading...