Azərbaycanda baş nazir, nazirlər, komitə sədrləri, onların müavinləri və icra başçıları nə qədər maaş alır
Jurnalın məlumatına görə, dövlət orqanlarının rəhbər işçilərinin vəzifə maaşlarının məbləği “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” prezidentinin 348 saylı, 10 avqust 2004-cü il tarixli sərəncamı ilə tənzimlənir.
Sərəncama əsasən, Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları belədir:
Baş nazir - 1925 manat
Baş nazirin birinci müavini - 1700 manat
Baş nazirin müavini - 1625 manat
Nazirlər - 1500 manat
Komitə sədrləri - 1500 manat
Milli Bankın idarə heyətinin sədri - 1500 manat
Dövlət Sosial Müdafiə Fondunun sədri - 1500 manat
Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbəri - 1250 manat
Nazirlərin birinci müavinləri - 1000 manat
Dövlət Komitəsi sədrlərinin birinci müavinləri - 1000 manat
Mərkəzi Bankın idarə heyəti sədrinin birinci müavini - 1000 manat
Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini - 1000 manat
Nazir müavinləri - 875 manat
Dövlət Komitəsi sədrlərinin müavinləri - 875 manat
Milli Bankın idarə heyəti sədrinin müavinləri - 875 manat
Dövlət Sosial Müdafiə Fondu sədrinin müavinləri - 875 manat
Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanlarının rəhbərlərinin birinci müavinləri - 875 manat
Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri - 800 manat
Şəhər və rayon icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları:
Bakı şəhəri - 1500 manat
Gəncə və Sumqayıt şəhərləri - 875 manat
Şəhərlər, rayonlar və şəhər tabeliyində olan rayonlarda icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları:
Əhalisi 50 min nəfərdən çox olan rayonlar - 750 manat
Əhalisi 50 min nəfərədək olan rayonlar - 600 manat
Bundan başqa, rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir.
Deməli, Azərbaycanda baş nazirin illik maaşı 23100 manat, nazirlərin illik maaşları isə 18000 manatdır.
10.04.2010
Qazancim.az