Böyük Vətən Müharibəsi iştirakçılarının əmək pensiyalarının baza hissəsi 30 manat artırılıb.

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayev bazar ertəsi deyib. Babayevin sözlərinə görə, təkliflər 01 yanvar 2010-cu il tarixdən qüvvəyə minən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa edilən dəyışikliklər və əlavələr sırasında yer alıb.

Azərbaycanda Böyük Vətən Müharibəsi iştirakçılarının əmək pensiyalarının baza hissəsi 30 manat artırılıb. Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayev bazar ertəsi deyib.

Müharibə iştirakçılarının əmək pensiyalarının baza hissəsi Azərbaycan Prezidenti tərəfindən 22 iyun 2009-cu ildə təsdiq edilmiş "1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram"a əsasən artırılıb.

Babayevin sözlərinə görə, təkliflər 01 yanvar 2010-cu il tarixdən qüvvəyə minən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa edilən dəyışikliklər və əlavələr sırasında yer alıb.

Bu artımın maliyyələşməsi üçün müvafiq vəsaitlər Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öz əksini tapıb.

"Yanvar ayında veteranlar üçün pensiyaların artımla verilməsi artıq başa çatıb", - Babayev deyib.

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu 2009-cu ilin mayında 1941-45-ci il müharibəsinin 5368 nəfər veteranına 150 manat həcmində birdəfəlik müavinət ayırmışdı.

03.02.2010
Qazancim.az

                   75 AZN qazanmaq istəyirsən?

Loading...