İşləyən təqaüdçülər ixtisara düşəcəklərmi?

Parlamentin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli işləyən təqaüdçülərin ixtisara düşməsi xəbərləri haqda şərh verdi. Parlamentin sosial siyasət komitəsinin müdiri Hadı Rəcəbli işləyən təqaüdçülərin ixtisara düşə bilmə ehtimalı xəbərlərinə şərh etdi.
 

     Parlamentin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli işləyən təqaüdçülərin ixtisara düşməsi xəbərləri haqda şərh verdi. Parlamentin sosial siyasət komitəsinin müdiri Hadı Rəcəbli işləyən təqaüdçülərin ixtisara düşə bilmə ehtimalı xəbərlərinə şərh etdi.İşləyən pensiyaçılar ixtisara düşürlər?!

- Belə məlumat gəzir ki işləyən təqaüdçülərin çoxusu ixtisara düşəcəklər. Bu nə dərəcədə düzgündür?

 - Əvvəllər işləyən təqaüdçülər əmək haqqı və 50 % təqaüd alırdılar. Prezident, təqaüdün 100% verilməsi və bunun əmək haqqına heç bir təsir etməməsi haqqında əmr verdi. Təqaüdçülər üçün bütün şərait yaradılıb. Bizdə indi əmək qabiliyyətini itirmiş mütəxəssislər də var, misal üçün sağlamlıq vəziyyətinə görə işləyə bilməyən müəllimlər var ki hələ də işləməyə davam edirlər. Belə hesab edirəm ki, təqaüd yaşına çatmış insanlar, misal üçün ali məktəb müəllimləri mütləq təqaüdə çıxıb, yeni ali məktəbi bitirib işə düzələ bilməyən cavan nəslə yol verməlidirlər. Bəzi işləyən əməkdaşların əvəzedilməz işci olması da istisna deyil. Əgər ehtiyac varsa belə insanlar məsləhətçi kimi işləməlidirlər. Ali məktəb müəllimlərinin hansı yaşda təqaüdə çıxması hələ ki parlamentdə müzakirə edilməyib. Dövlət üçün, gənclər işə düzələ bilməyən bir vaxtda həm təqaüd həm də əmək haqqı ödəmək əlverişli deyil. Hansısa bir vaxtda bu məsələyə mütləq baxılmalıdır.

Təqaüdçülərin maddi cəhətdən sıxışdırılmaması şərtilə buna bir formul tapılmalıdır. Misal üçün elmlər namizədinin təqaüdünü 2 dəfə artırmaq və ya elmlər doktorunun təqaüdünü 4 dəfə artırıb və həmdə, eyni zamanda imtiyazlar vermək lazımdır ki o təqaüdə çıxsın. Təqaüd qanununda təqaüdlərin ildə ən azı 1 dəfə qalxacağı haqda maddə var. Əmək təqaüdü 3 hissədən ibarətdir; sığorta, əsas və yığılma hissələrdən ibarətdir. Bizdə hələ təqaüdün yığılan hissəsi yox sığorta hissəsi formalaşıb. Buna görə də əsas hissə ən az hissəni təşkil edir. Hələ ki, təqaüdün nə qədər artırılacağına proqnoz verə bilmərəm.

- Böhran müddətində qarşıda duran ən əsas suallardan biri SSSR-nin keçmiş mühafizə bankında əhalinin dondurulmuş depozitləri haqqındadır. Parlament bu haqda hansısa tədbirlər görməyə hazırlaşır?

- Bu sual həm parlamentdə, həm də hökumətdə dəfələrlə müzakirə edilib. Prezidentimiz ən yaxşı yol tapmaq istəyi varıydı. Bu məqsədlə prezident hətta 2007-ci ildə 50 milyon manat ayırmışdı. Ancaq mütəxəssislər və işçi qruppası bu işə diqqət yetirəndə, çoxlu sayda cavabsız qalmış suallar ortaya çıxdı. Misal üçün Azərbaycandan köçmüş ermənilər iddia edə bilərlər ki, onların hesablarında milyardlar olub və təbbi ki onlar bunu tələb edə bilərlər. Bunun üçün onlarda sənədlər yoxdu. Bizdə də arxiv sənədlər itib,nəticədə dolaşıqlıq yaranır. İkinci açıq sual mülklərini, evlərini qoyub gəlmiş qaçqınlarımızdır. Onların da əmanət kassalarında on minlərlə əmanətləri var idi. Arxivdə sənədlər itib, qarışıqlıq vaxtı kimsə yandırıb. Hətta şəxsi saxlanan sənədlərdə olan məbləğ ölkənin büdcəsinin yarısını kçir. Burada başqa məqamlar da var. Bu gün də vərəsəlik qalmışdır. Misal üçün əgər bir insan dünyasını dəyişibsə onun övladları bu pulları ala bilərlər. Bu pullar itməyib, sadəcə olaraq bu sual bilinməyən bir vaxta qədər dondurulub, ancaq bu hələ də araşdırılır və öyrənilir. Bu hesabların ödənilməsi respublikanın iqtisadi vəziyyətinə təsir edir. Misal üçün təsəvvür edin ki 7-8 milyard manat birdən ödənir... Onları heç yerdən ödəmək olmaz. Əgər belə böyük məbləğ bazara daxil olsa infilyasiya o dəqiqə yüksələr. Real gəlir azalar. Bu xeyir əvəzinə, böyük itkilər gətirə bilər.

 - Artıq neçə ildir ki 90–cı illərdə təqaüdə çıxmış insanların üzə çıxarılması haqda suallar müzakirə edilir. Bu sual parlamentdə necə həll edilir?

- Qanunvericiliyə əsasən vətəndaş təqaüdə bir dəfə çıxır.Ancaq burda bir neçə problem var. Misal üçün 2006 ci ildə təqaüdə çıxmış məktəb müəllimi, 1995 ci ildə təqaüdə çıxan müəllimdən çox təqaüd alır. Çünki bu vaxt ərzində  əmək haqqı yüksəlib. Bunu dəyişmək də çətindir. Niyə?! Ölkədə milyonlarla təqaüdçü var. Onda bütün təqaüdləri düzəltmək lazım gələcək.

Misal olaraq bizdə müəllimlərin əmək haqqları artıb.Demək işləyən vaxtı az əmək haqqı alan bütün təqaüdçü müəllimlərin təqaüdlərini düzəltmək lazım gələcək. Bu da öz növbəsində ölkənin iqtisadi vəziyyətinə təsir edə bilər. Bu sualada biz baxırıq. Təqaüd islahatları hər gün yenilənir. Bu sual gündəlikdə durur. Əgər 15 il əvvəl təqaüdə çıxan insanın əmək haqqını indiki əmək haqqları ilə eyniləşdirsək, onda ortaya külli miqdarda məbləğ çıxır. Ona görədə bu sual hələ ki açıqdır.

- Təqaüdə çıxan vətəndaşın təqaüd yaşına baxılacaq?

- Gündəlikdə bu sual yoxdur.Niyə? Misal üçün Rusiyada təqaüd yaşı 60 və 55, Türkiyədə 60-65 yaş, avropa ölkələrində isə qadın və kişilər üçün eyni-65 yaşdır. Niyə? Çünki Avropa ölkələrində qadınların orta yaşı 85, əhalinin orta yaşı isə 80 yaşdır. Demək ki, qadınlar kişilərdən daha çox yaşayır və daha çox təqaüd alırlar. Ona görə də onların təqaüd yaşları eyniləşdirilir. Hələ  ki bizdə bu yoxdur. Kişilər üçün 62, qadınlar üçün isə 57 yaş təqaüd yaşıdır. Əgər o çoxuşaqlı ailənin nümayəndəsidirsə, təqaüdə çıxma yaşı 5 il azaldılır. Ancaq bir məqam da  var. Azərbaycanda orta yaş 62 yaş təşkil edir. Onlardan 65 yaş qadınlar, 69 yaş kişilər.Və bizdə yenə də orta təqaüd yaşı yetərsiz olur. Ona görə də biz bu sualı saxlayırıq.

Loading...