Universiteti bitirmədən işləyib 100 min almaq olar

Diplomsuz bir sıra işlərdə yüksək əmək haqqı ilə işləmək olar.

Elə peşələr var ki, həmin işlərdə işləməklə çoxlu pul qazanmaq olur. CNN kanalının internet saytında həmin peşələr bu cür sıralanıb:

XƏSTƏLƏRƏ BAXANLAR

Onların Amerikada illik qazancları 60 min dollardır. Onlar baxdıqları xəstələrə görə bütün günü məsuliyyət daşıyırlar.

BAŞ USTALAR

Fabrik və şirkətlərdə fəhlələrin işləri, cihazların işləyib-işləməməsinə məsuldurlar. İllik gəlirləri 59 min dollardır.

İNŞAAT RƏHBƏRLƏRİ

Tikintidə əsasən mühəndislərin problemlərini həll etməklə məşğuldurlar. İllik gəlirləri 86 min dollardır.

BENZİNDOLDURMA STANSİYASI SAHİBİ

Onlar benzindoldurma stansiyalarında işçilərin iş saatları haqqında qərarlar, kimin nə iş görəcəyi haqda təlimatlar verirlər. Onlar satılan benzinin qiymətini də müəyyənləşdirirlər. İllik gəlirləri 81 min dollardır. 

                        dollar-1

 

Minimal Əmək haqqı məbləğində pul QAZANMAQ istəyirsiz? 
Onda sorğuda iştirak edin və bu şansı sizdə əldə edin!

 

EMALATXANA SAHİBLƏRİ

 

Alınan sifarişlərin deyilən vaxtda çatdırılması, layihələri problemsiz həyata keçirməyə borcludurlar. İllik gəlirləri 70 min dollardır.

 

KABEL YAYIM OPERATORU

 

Keyfiyyətli işə görə ilk onlar məsuldurlar. İllik gəlirləri 71 min dollardır.

 

LABORATORİYA RƏHBƏRİ

 

Xüsusilə dərman sektorunda işləyənlər kimyəvi məhsullarla işləyən personalı idarə edir, zəhərli maddələrə nəzarət edirlər. İllik gəlirləri 67 min dollardır.

 

İNŞAAT OPERATORU

 

İnşaatdakı avadanlıqlara görə məsuliyyət daşıyırlar. İllik qazancları 50 min dollardır.

 

ELEKTRİK TƏMİRÇİSİ

 

Elektrik cihazlarının təmirinə görə məsuliyyət daşıyırlar. Texnoloji sistemdən tutmuş kiçik mexanizmlərə qədər texniki bilik lazım olan sahələrdə işləyirlər. İllik gəlirləri 58 min dollardır.

 

UÇUŞA NƏZARƏT RƏHBƏRİ

 

Sərnişinlərin uçuş zamanı yerlərində olub-olmadığına nəzarət edir, uçuş hesabatlarını doldururlar. İllik gəlirləri 67 min dollardır.

 

EV XİDMƏTÇİLƏRİ

 

Onlar daha çox yataq xəstələrinə baxırlar. Qaldıqları evdə evin təmizlik, yemək hazırlama işlərinə görə cavabdehdir. İllik gəlirləri 66 min dollardır.

 

LOKOMOTİV MÜHƏNDİSİ

 

Lokomotiv mühəndisləri elektrik və dizellə işləyən qatarları idarə edirlər. İllik gəlirləri 70 min dollardır.

 

TƏBİİ QAZ OPERATORLARI

 

Təbii qaz istehsal edən və paylayan fabriklərdə borularda sıxılma sabit olmalıdır. Bu operatorun əsas işi bu sıxılmaya nəzarət etməkdir. İllik gəliri 64 min dollardır.

 

SATIŞA MƏSUL MENECERLƏR

 

Uzaq şəhərlərə və xaricə göndərilən malların çatdırılmasına və həmin mallara görə ödəniləcək pulların yığılmasına cavabdehdir. İllik gəliri 65 min dollardır.

 

 

15.02.2010
CNN

                75 AZN qazanmaq istəyirsən?

Loading...