Azərbaycan banklarının öz işçilərinə verdiyi güzəştlər açıqlandı

Tibbi sığorta, orta aylıq limiti 40 manat olan mobil telefon üçün ödəmə, faiz dərəcəsi 17% olan güzəştli kredit. Bunlar Azərbaycan banklarının öz əməkdaşlarına verdiyi ən geniş yayılmış güzəştlərdir. Bank sektoru üçün 2009-cu ildə əmək haqları və kompensasiyalar haqda bazar məlumatını təhlil edən Azərbaycanın FESCO şirkəti bu haqdqa məlumat yayıb.

vakansiya

FESCO şirkətinin UniBank, Paşa Bank, Rabitəbank, AFB Bank, Parabank-ın dəstəyi ilə aparılan araşdırmalara əsasən, orta hesabla bankların 80%-i əmək haqlarına müntəzəm dəyişikliklər edir. Onlardan yarısı əmək haqqını inflyasiya dərəcəsinə görə dəyişdirir. Keçən il bu dəyişikliyin nə qədər olduğu haqda FESCO məlumat vermir.

Şirkətin direktoru İlyas Əfəndi belə hesab edir ki, milli iqtisadiyyatın özəl sektorunun inkişaf tendensiyası idarəçiliyin bütün vasitələrinin möhkəmlənməsinin zəruriliyini tələb edir. FESCOnun xəbərində deyilir ki, "bankların böyük əksəriyyəti, yenidən baxış zamanı, təkcə əməkdaşların fərdi nəticələrini yox, həm də əmək haqlarının orta bazar dəyişiklilərini hesaba alırlar".

 

İŞ HAQQINDA SORĞUDA İŞTİRAK EDİN VƏ MİNİMAL ƏMƏK HAQQI QAZANIN!

 

TREND

01.02.10

Loading...