CV belə yazılmalıdır

Unutmaq lazım deyil ki, düzgün yazılmış CV, vakansiyanı tutmaq üçün yaşıl işıq rolunu oynayır.

Çoxsaylı vakansiyalar təqdim edən işəgötürənin diqqətini cəlb etmək üçün əvvəlcə namizəd təhsilini, iş təcrübəsini, əldə etdiyi nailiyyətləri, xarici dil, kompüter savadı barədə məlumatlarını özündə əks etdirən peşəkar yazılmış tərcümeyi-hal – CVni hazırlamalıdır. Unutmaq lazım deyil ki, düzgün yazılmış CV, vakansiyanı tutmaq üçün yaşıl işıq rolunu oynayır.

CV–nin hazırlanması zamanı aşağdakıları nəzərə almaq faydalı olar :

• Namizədin adı, soyadı, telefon nömrələri, e-poçt ünvanı əvvəldə yazılmalıdır

• Namizədin hansı sahə üzrə iş və vəzifə ilə maraqlandığı, vakansiyaya uyğunluğu, məqsədi göstərilməlidir

• Şəklindən çox məmnun olan namizədlər onu CV –yə əminliklə yapışdıra bilərlər. Bu, sənəd üçün çəkilmiş şəkil olmalıdır

• CV namizədin təhsili, iş təcrübəsi (təşkilatın adı, tutduğu vəzifə, işlədiyi müddət, vəzifə təlimatı və məsuliyyəti), əldə etdiyi nəaliyyətlər, iştirak etdiyi təlim, seminar, konfranslar, xarici dil, computer savadı barədə məlumatları özündə əks etdirməlidir

• Vakansiya elanında tələb edildiyi halda əlavə məlumatlar – xüsusi və ya əsas bacarıqlar, sürücülük vəsiqəsinin kateqoriyası və s. barədə məlumatlar təqdim edilə bilər

• CV düm ağ kağızda, vərəqin bir üzündə yazılmalı, sözlərin altından xətt çəkilməməli, kursivlə yazılmamalıdır

• CV-ni hər hansı təşkilata təqdim etməzdən əvvəl onda qramatik, orfoqrafik və məzmun səhvinə yol verilmədiyinizə əmin olmaq lazımdır

• İşəgötürənin verəcəyi ilk suallar CV-də təqdim olunan məlumatlara əsaslanır və namizəd müsahibəyə dəvət alarkən mütləq CV-ni  nəzərdən keçirməli və ordakı məlumatlarla əlaqədar suallara hazır olmalıdır

• CV iki səhifədən çox olmamalı və kompüterdə yazılmalıdır

 

CV forması

Namizədin müraciət, iddia etdiyi vəzifə(lər)

 

Adı, soyadı və atasının adı :

Doğum tarixi :

Əlaqə telefonu :

Ev ünvanı :

E –poçt ünvanı :

Təhsili :

İş təcrübəsi (təşkilatda işə başladığı və işdən çıxdığı tarix, tutduğu vəzifə və məsuliyyətləri) :

İştirak etdiyi treninq, seminar və konfranslar :

Xarici dil bilikləri :

Kompüter üzrə bildiyi proqramlar :

Özü barədə əlavə etmək istədiyi məlumat :


04.03.2010
Qazazncim.az

                    Klik

Loading...