İşdə aldanmamaq üçün nə etməli?

Psixoanalitik Elmir Əkbərin işçilərə tövsiyyələri. Psixoanalitik Elmir Əkbərin deyir ki, işə düzələrkən insanlar çox vaxt NLP (neyro-linqvistik proqramlaşdırma) və digər psixoloji təsiretmətreninqləri keçmiş mütəxəssislərin tələsinə düşürlər.

Psixoanalitik Elmir Əkbərin deyir ki, işə düzələrkən insanlar çox vaxt NLP (neyro-linqvistik proqramlaşdırma) və digər psixoloji təsiretmətreninqləri keçmiş mütəxəssislərin tələsinə düşürlər.

“Son zamanlar çox geniş yayılmış şəbəkə marketinqlərinin bir çoxları buna nümunə ola bilər. Yaxud da, bəzi müəssisələr, məsələn bir sıra özəl tibb müəssisələri öz avtoritetlərindən istifadə edərək, hətta insanları pulsuz işçi qüvvəsi kimi də istismar edirlər. Adını da qoyurlar ki, guya bir neçə ay pulsuz çalışandan sonra onları ştatlı işçi kimi qəbul edərək, əmək haqqı ödəyəcəklər. Hamı bilməlidir ki, istənilən halda işə düzələnlə (sınaq müddəti olsa belə) tam hüquqlu işçi kimi əmək müqaviləsi bağlamalı, digər işçilərə aid olan imkanlar ona da şamil olmalıdır. Unutmamalıdırlar ki, əksər hallarda onlarla müsahibə zamanı təklifi müzakirə edənlər, insan psixikasının sirlərinə yiyələnmiş hipnozçulardır. Bütün bunları bilmək vacibdir. Çünki, xəbərdar olmaq, artıq 50% hazır olmaq deməkdir”.

ilkgorus

İşəgötürənin görkəmi və  danışığına da diqqətlə fikir vermək lazımdır 

Elmir Əkbər hesab edir ki, insanlar işə düzələrkən görüşdükləri insanların davranışına diqqətlə fikir verməlidirlər, çünki geyim bəzi məsələlərdən xəbər verir.

“Əgər işəgötürən həddən artıq can-fəşanlıq edirsə, çox mübaliğəyə yol verirsə, xırda detalları məqsədli böyüdüb, qüsurları çox kiçiltməyə çalışırsa, artıq şübhələnmək lazımdır. Düzdür, heç kim təklifini pisləməz. Ancaq, unutmamalıyıq ki, normal halda iş təklifində, işəgötürən ən çoxu iş axtaran qədər maraqlı ola bilər. İşsiz qədər maraqlı ola bilməz. 

Şirkət nümayəndəsinin görkəmi və danışığını da diqqətlə izləmək lazımdır. Əgər işəgötürən böyük hərisliklə, emosionallıqla sizi işə dəvət edir və iradlı suallarınızın mahiyyətindən sizi yayındıraraq mövzudan uzaqlaşdırırsa, bu zaman  şübhələnməyə dəyər. Əlbəttə, əgər siz Rumıniyada qraf Vlad Drakulanın qəsrinə bilərəkdən işə düzəlmirsinizsə”. 

Müsahibəyə yorğun, stressli halda getməyin 

Heç vaxt işəgötürənlə görüşə yorğun, ac və yaxud da stressli halda getməyin! Belə və anoloji hallarda sizin aldanmaq ehtimalınız 70% artır. Bu cür görüşlərə rahat və özünüzə inamlı bir əhval ruhiyyədə gedin. Söhbət zamanı bütün problemlərinizi kənara qoyun və bütün fikir, diqqətinizi ancaq həmkarınıza yönəldin! 

Bir şeyi unutmaq olmaz ki, siz işə pul qazanmaq üçün düzəlirsiniz, xərcləmək üçün deyil. Yəni, əgər sizdən hansısa ilkin ödəniş etməyi, yaxud da öz hesabınıza müəyyən məbləğ mal götürməyi istəyirlərsə, çox ciddi düşünməyinə dəyər (bəlkə də elə bu müəssisə sizin kimilərin ödənişləri ilə fəaliyyət göstərir)! 

Ən vacib tövsiyə isə hər bir halda hüquqşünas - vəkillərin xidmətlərindən istifadə etməkdir. Yaxşı olar ki, müəyyən məbləği öncədən vəkilə ödəyib, dəyərli işə yiyələnəsiniz, nəinki böyük məbləğdə ziyana düşüb aldanasınız.

 

18.03.2010
Qazancim.az

                           Klik

loading...