İşdə tənqid – vitamin kimidir

İşəgötürənə lazım olan işçi - tənqid eşitməyən namizəd deyil, tənqiddən nəticələr çıxarmış, öz səhvlərini görüb onları aradan götürməyi öyrənmiş, bir sözlə, özünü inkişaf etdirmiş namizəd olur.

İşəgötürənə lazım olan işçi - tənqid eşitməyən namizəd deyil, tənqiddən nəticələr çıxarmış, öz səhvlərini görüb onları aradan götürməyi öyrənmiş, bir sözlə, özünü inkişaf etdirmiş namizəd olur. Tənqid vitaminə bənzəyir. Hərdən bir hər birimizin ona ehtiyacı var. O olmasa, inkişafımız dayanar. Unutmayın, söhbət yalnız QURUCU TƏNQİDDƏN gedir!

vitamin

1.      Qurucu tənqidə  münasibətiniz necədir?

Namizəd cavabında qurucu tənqidə münasibətim çox yaxşıdır. Təbii ki, işi görərkən çalışmaq lazımdır ki, tənqidə yer qalmasın. Lakin tənqid varsa, onu qəbul edib, o yönümdə zəiflikləri aradan qaldırmaq, özünü inkişaf etdirmək lazımdır. Qurucu tənqid bizim işimizin güzgüdəki əksidir. Biz onu qəbul etmiriksə, deməli eybəcər görünməyi qəbul edirik.

2. Ən böyük uğursuzluğunuz nədi? Belə halların həyatınızda təkrarlanmaması üçün hansı addımlar atdınız, düzəlişlər etdiniz?

Diqqət: Sualın verilməsində iki məqsəd ola bilər! İşəgötürən bir tərəfdən namizədin zəifliklərini müəyyən etmək istəyir, digər tərəfdən isə o, namizədin öz səhvlərindən nəticə çıxarmaq qabiliyyətini, bacarığını yoxlayır.

Namizəd bu suala cavabında özü ilə əlaqədar hər şeyi – bütün uğursuzluqları, nöqsanları, xırdalıqları ilə müsahibə aparanın qarşısında açıb-tökərək yanlış davranışa yol verməməlidir. Unutmaq lazım deyilki, işəgötürən imam övladı, təşkilat isə səhvlərin etiraf olunduğu tövbə yeri deyil! Lakin indiyədək təhsildə, karyerada heç bir uğursuzluğun olmadığını, sizin mükəmməl olduğunuzu demək də inandırıcı deyildir.

Ən yaxın münasib cavablar bunlar ola bilər. Məsələn: Namizəd deyə bilər ki, əvvəllər onda üzərinə həddindən ziyadə çox iş yükü götürməyə meyillilik olmuşdur. İndi isə bu problemi, işi başqaları ilə paylaşmaq – düzgün iş bölgüsü aparmaq vasitəsilə həll edir.

Siz işdə baş  verən hər hansı təxirə salmalara, gecikmələrə qarşı səbrsiz, hövsələsiz olduğunuzu deyə bilərsiniz. Bu müsbət cəhətdir.

Diqqət! İşəgötürən, onun barəsində yaranmış müsbət fikirlərinə xələl gətirməmək üçün belə suallara cavab verərkən, namizəd çalışıb karyeransın ilk illərində baş verən və hazırda müraciət etdiyi işlə ilə əlaqəsi olmayan uğursuzluq barədə danışmalıdır.

 

24.02.2010
Qazancim.az

                    75 AZN qazanmaq istəyirsən?

Loading...