İşi tapmaq üçün kömək edə bilənlər bunlardır

Özünüz üçün iş axtarışının kriteriyalarını dəqiq təyin edin. Yalnız məqsədlərinizə tam uyğun gələn vakansiyaları seçin. Digər namizədərlə bərabər olaraq rəqibliyinizin önəmli potensiallığını tam layiqli qiymət verilməsinə diqqət yetirin

İş axtarma haqqında məsləhətlər

Özünüz üçün iş axtarışının kriteriyalarını dəqiq təyin edin. Yalnız məqsədlərinizə tam uyğun gələn vakansiyaları seçin. Digər namizədərlə bərabər olaraq rəqibliyinizin önəmli potensiallığını tam layiqli qiymət verilməsinə diqqət yetirin.

Dostlar və tanışlar 

Gənc tələbə və ya məzun iş axtardığı  barədə məlumatı  ilk öncə dostlar və tanışlara çatdırmalıdır. Belə görünə  bilər ki, bu ən rahat və etibarlı üsuldur. Lakin, müasir zamanda ixtisaslaşma və peşəkarlıq üstünlük verildiyindən karyeranı bunun üzərində qurmaq həmişə mümkün olmür. İstənilən halda CV-ni yazmaq və müsahibədın keçmək lazım gələcək. Digər tərəfdən, idarələrin kadr şöbələrində olan indormasiya çoxluğu və şəxsi zəmanətin əhəmiyyəti dərəcədə məsuliyyətli oldüğündan bu şansdan da faydalanmaq məsləhətdir.  

Kadr agentlikləri və İşədüzəltmə şirkətləri ilə əməkdaşlıq hansı hallarda əlverişlidir?

İri şirkətlərdə geniş iş təcrübəsinə malik olan şəxslərə işə düzəltmə şirkətləri tərəfindən iş tapmaq daha asan olur. Onlara sadəcə elektron poçt vasitəsilə müracıət etmələri məqsədəuyğun hesab olunur. Uyğun gələn vakansiya olduqda işədüsəltmə agentləri dərhal özlrəri Sizə müraciət edəcəklər. Belə əməkdaşlıq daha çox uğurlu nəticələr verir. İşədüzəltmə şirkətləri tərəfindən iş tapan şəxslər həmin agentlərə öz təşəkkürlərini bildirirlər. İri işədüzəltmə şirkətləri mövcud olan stabil və iri şirkətlərlə əməkdaşıq edirlər ki, perspektivli vakansiyalar da onlardan almaq ehtimalı çoxaldır. Həmin agentliklərdən imtina edərək, Siz mühüm vakansiyalardan xəbərdar olmamaq riskini artırmış olursunuz.

Hansı şirkəti seçmək lazımdır - yerli yaxud xarici?

Xarici şirkət menecerə malın satış strategiyası üzrə yeni biliklər verir. Yerli şirkət isə, menecerin vadar edir ki, özü bu strategiyanı qursun və satış sistemində özü qərar versin. Bununla bərabər insanların və layihələrin idarəolunmasında təcrübə qazanaraq, həmçinin karyera quruluşunda biznes məsələlərinin həllində iştrak edərək, yüskək peşəkarlıq səviyyəli idarəedən mütəxəssis pilləsinə qalxmağa zəmin yaranır. Bütün çətinliklərə müqavimət göstərmək və kritik məqamlarda özünü itirməmək kimi biznes keyfiyyətlərinin əldə olunmasına şərait yaradır. Ekspertlər qeyd edirlər ki, xarici mütəxəssislərin yerli şirkətlərə miqrasiyası praktiki olaraq sıfıra bərabərdir. Lakin əks istiqamətdə axın daha da çoxalır.

 

26.01.2010
qazancim.az

                         75 AZN qazanmaq istəyirsən?

Loading...