Müsahibədə özünü aparmaq da bir sənətdir

Müsahibəyə dəvət edilirsinizsə, artıq bu sizin ilk müvəffəqiyyətiniz sayıla bilər. Növbəti addım müsahibədə uğur qazanmaqdır!

Namizəd müsahibəyə dəvət edilirsə, artıq bu onun ilk müvəffəqiyyəti sayıla bilər. Növbəti addım müsahibədə uğur qazanmaqdır! Elə bilirsiniz ki, işə qəbul olunmaq üçün namizədin yalnız öz sahəsini bilməsi yetərlidir?Yadınızda saxlayın ki, hər bir təşkilat işçi seçərkən,üstünlüyü müsahibədə özünü lazımi səviyyədə aparan namizədə verir.

Müsahibəyə dəvət edilərkən onun keçirilmə saatını, yerini və müsahibəni təyin etmiş şəxsin adını, soyadını dəqiqləşdirmək lazımdır. Müsahibəyə təyin olunan vaxtdan 5-10 dəqiqə tez gəlmək lazımdır, gecikmək namizəd haqqında xoşagəlməz təəsürat yaradır.

Mobil telefon mütləq söndürülməlidir. Namizəd özünü təqdim edərkən üzündə təbəssüm olmalı və ad aydın, eşidiləcək səslə deyilməlidir. Salamlaşarkən müsahibə  götürən şəxs namizədə birinci əl uzatmalıdır. Namizədin ona əl uzatması məsləhət görülmür.

gorus

Müsahibə götürən  şəxs namizədə biznes kartını təqdim etdikdə kart alınır, bir anlıq nəzər salındıqdan sonra (bu, kart sahibinə hörmət əlamətidir) təşəkkür edilərək müvafiq bir yerə (pencəyin cibinə,əl çantasına və s.) qoyulur. Müsahibə zamanı namizəd biznes kartını əlində oynatmamalı və ya stolun üstündə lazımsız əşya kimi qoymamalıdır. Bu, biznes kartını təqdim etmiş şəxsə hörmətsizlik əlamətidir. Namizədin biznes kartını  müsahibə götürənə təqdim etməsinə ehtiyac yoxdu, çünki görüşə iş tapmaq üçün getmisiniz və biznes kartının olmaması normaldır.

Müsahibədə həyəcanlanmaq lazım deyil, barmaqlarla oynamaq, əllərini ovuşdurmaq, əlləri tez-tez başa, saça çəkmək və sairə bu kimi hərəkətlər həyəcan əlamətidir.

Müsahibədə daxili rahatlıq bərqarar olunmalıdır. Yalnız belə olduqda verilmiş suallara daha məntiqli cavab vercəksiniz. Amma bu daxili rahatlıq həddini aşmış sərbəstliyə çevrilməməlidir.

 

04.02.2010
Qazancim.az

                      75 AZN qazanmaq istəyirsən?

Loading...