Siz özünüzü nə qədər yaxşı tanıyırsız?

Güclü və zəif cəhətləriniz

Bütün müsahibələrdə işə girmək istəyənlərin güclü və zəif cəhətləri barədə sual verilir. Bəzi namizədlər özlərinin güclü tərəflərini deməklə təvəzökarlıqdan kənar davrandıqlarını düşünərək, bu sualı cavabsız qoyur, ya da lazımınca cavablandırmırlar. Bu sual niyə cavabsız qalmalıdı? Müsahibə otağında sizdən başqa müsahibə aparana onu tanıtdıra biləcək ikinci şəxs yoxdur. İşə götürən namizədin özünü necə təhlil etdiyini, qiymətləndirdiyini məhz onun özündən – namizəddən eşitmək istəyir və sual da bu məqsədlə verilir. Axı insan özünün güclü və zəif tərəfləri barədə düşünmürsə, onlardan xəbərdar deyilsə, deməli heç inkişafı haqqında da düşünmür...

power

Biz bu haqda verilən sualları  və münasib cavablar belə ola bilər:

1. Siz hər hansı bir sənət sahibi olmaq imkanına malik olsaydınız hansı sənəti seçər, kim olardınız?

2. Sizə hər şey etmək imkanı verilsəydi, hansı işləri görər, nə edərdiniz?

Namizədin cavabı: “Hər şey əldə etmək imkanına malik olsaydım, yenə bu peşəni, sənəti seçər, öz qüvvə, bacarıq və qabiliyyətlərimi dünyanın, həyatımızın firavanlığına sərf edərdim. İnsanlar nə səpirlərsə, onu da biçirlər. Bu misal o qədər doğrudur ki, dünyanın bütün dillərində qarşılıqlı deyimi var”

     3.Özünüzün güclü tərəflərinizi barədə nə deyə bilərsiniz?

     4.Dostunuz, iş həmkarınız sizi necə xarakterizə eə bilər?

     5.Siz özünüzü necə təsvir edərdiniz? Digər insanlar sizi necə təsvir edərdilər?

     6.Siz başqa namizədlərdən fərqləndirən üstünlüklər hansılardır?

Müsahibə zamanı bu suallar təkrarlanarsa, namizəd əvvəlki cavablarında sadaladığı xüsusiyyətlərini təkrarlamamalı, yaranmış fürsətdən istifadə edib əlavə olaraq mövcud vəzifə üçün tələb olunan digər şəxsi keyfiyyətlərini sadalamalıdır.

 

12.01.2010
Qazancim.az

                    75 AZN qazanmaq istəyirsən?

Loading...