Azərbaycanda minimum əməkhaqqı 10 manat artdı

2010 – cu il sentyabrın 1-dən Azərbaycanda minimum əməkhaqqının miqdarı 85 manat oldu

2010 – cu il avqustun 31 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  minimum əməkhaqqının artması barədə sərəncam imzalayıb. Sərəncama əsasən 2010 – cu il sentyabrın 1–dən etibarən Azərbaycanda minimum əməkhaqqının miqdarı 85 manat təşkil edəcək.

Sonuncu dəfə Azərbaycanda minimum əməkhaqqı  2008 – ci il  sentyabr ayında artıb. 2010 – cu il sentyabrın 1-nədək 75 manat təşkil edirdi.

Minimum əməkhaqqının artması – Avrasiya İqtisadi Cəmiyyətinə daxil olan ölkələrin Həmkarlar İttifaqlarının tələbinə bir cavabdır. Avqust ayında həmkarlar ittifaqları fəalları çıxış edərək bildiriblər ki, sözügedən Cəmiyyətə daxil olan dövlətlər minimum əməkhaqqının miqdarının yaşayış minimumundan artıq olmasını təmin etməlidirlər.

2010 – cu il yanvarın 1 – dən Azərbaycanda yaşayış minimumu 87 manat təşkil edir.

Həmkarlarınızın minimum əməkhaqlarının neçə olduğunu bilmək istəyirsinizmi?  İş və əməkhaqqı barədə  anketi doldurun və ekrana kalkulyator gəldiyi halda müqaisə edin.

Qazancım.az

02.09.2010

Mövzu üzrə materiallar:

İş və maaş haqqında sorğu anketini doldurun!
Loading...